Bu gün Moskva şəhərində açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynada seçkilərin keçirilməsindən imtina ilə bağlı məsələyə münasibət bildirib.
Məlumata əsasən, Zaxarova Volodimir Zelenskinin ölkədə seçki keçirməkdən imtinasını bir sözlə şərh edərək onu “diktator” adlandırıb.
O, RIA Novosti-yə açıqlamasında jurnalistlərin mövzu ilə bağlı sualını cavablandırarkən bu ifadəni işlədib.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət rejimi qüvvədə olduğuna görə seçkilərin keçirilməsi məsələsi beynəlxalq müzakirə mövzusu olaraq qalır.
Mənbə: mail.ru
