Baş xəbər

Ceyhun Məmmədov: Oruc insanı günahlardan qoruyan qalxandır

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ramazan ayı və orucun əhəmiyyəti ilə bağlı sosial media hesabında paylaşım edib.

Bugun.tv xəbər verir ki, deputat paylaşımında orucun İslam dinində xüsusi yer tutduğunu vurğulayıb. Onun sözlərinə görə, oruc elə bir ibadətdir ki, onun mükafatını birbaşa Allah-Təala verir.

Millət vəkili bildirib ki, Məhəmməd Peyğəmbərin hədislərində orucun insanı günahdan qoruyan qalxan olduğu qeyd olunur. Hədisə görə, insan oruc tutduğu zaman günah işlərdən uzaq durmalı, dava-dalaş etməməli və kimsə onu təhqir etdikdə “mən oruc tutmuşam” deyərək mübahisədən çəkinməlidir.

Deputat qeyd edib ki, oruc tutan insan üçün iki sevinc anı var: iftar zamanı və Rəbbinə qovuşduğu vaxt tutduğu orucun savabını görəndə.

Ceyhun Məmmədov paylaşımında vətəndaşları Ramazan ayında daha səbirli olmağa, insanların qəlbini qırmamağa və birlik nümayiş etdirməyə çağırıb. O, Allahdan bütün dua və orucların qəbul olunmasını diləyərək dövlətin və xalqın daim qorunmasını arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Politoloq Aqil Məmmədov: İran PUA-sının Azərbaycan ərazisinə buraxılması ciddi insidentdir

Aynur Camal

2026-cı ilin ən moda saç kəsimləri: Ultra-qısa piksi və uzun bob trenddir

Aynur Camal

8 Martda hansı çiçəkləri hədiyyə etməmək lazımdır – allergoloq xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu