Bugun.tv xəbər verir ki, sahibkar Həsənov Vüqar Niyazəli oğlu torpaq sahəsi ilə bağlı yaşadığı problemlə əlaqədar Paraqraf.com-a müraciət edib.
Şikayətçi bildirir ki, 6 iyul 2023-cü il tarixində hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hərrac vasitəsilə qalibi olub.
Onun sözlərinə görə, müvafiq protokol və şəhadətnamə təqdim olunsa da, sonradan ərazi ilə bağlı problemlər yaranıb.
Vüqar Həsənov iddia edir ki, bələdiyyə sədri Nuriyev Əlifət tərəfindən həmin torpaq sahəsi hasarlanaraq başqa şəxsə satılıb. Nəticədə sahibkar kimi hüquqlarının pozulduğunu bildirir.
Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı qarşı tərəfi məhkəməyə verib və məhkəmə onun xeyrinə qərar çıxarıb. Lakin qarşı tərəf bu qərarla razılaşmayaraq Dövlət Məsələləri Hərrac Komitəsini məhkəməyə verib. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.
Qeyd edək ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Mənbə: Paraqraf.com
