Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial media hesabında Ramazan ayı və orucun mahiyyəti ilə bağlı paylaşım edib.
Deputat bildirib ki, kimin orucunun qəbul olunub-olunmamasını Allahdan başqa heç kim bilmir və bu, yalnız Yaradanla bəndə arasında olan məsələdir. Onun sözlərinə görə, bəzən namaz qılmayan şəxslərin oruc tutması, eləcə də iftar vaxtı, səfərdə oruc və orucun başlanma vaxtı kimi mövzular ətrafında müzakirələr və fikir ayrılıqları yaranır.
C.Məmmədov qeyd edib ki, Ramazan ayı mərhəmət, birlik və həmrəylik ayıdır və din müsəlmanlara hər zaman birliyi qorumağı tövsiyə edir. Deputat müsəlmanları ibadətlərini səmimi niyyətlə yerinə yetirməyə və ixtilaflardan uzaq durmağa çağırıb.
Millət vəkili vurğulayıb ki, tarix boyu müsəlman dünyasında təfriqə, ayrı-seçkilik və nizamsızlıq yalnız faciələrə səbəb olub.
