28 C
Baku
16 Sentyabr 2026, 16:13
Dünya Siyasəti
Baş xəbər

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Koçaryanın namizədliyi Kremlin planıdır

Məhəmməd Əsədullazadə Ermənistan siyasətində baş verən son proseslərlə bağlı sosial media hesabında paylaşım edib.

Ekspert bildirib ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryanın baş nazirliyə namizəd kimi irəli sürülməsi Kremlin siyasi planının tərkib hissəsidir. Onun sözlərinə görə, “Hayastan” bloku tərəfindən namizədliyi təqdim olunan Koçaryan və iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası Nikol Paşinyana qarşı ciddi kampaniya aparacaq.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya hər iki siyasi qüvvəni dəstəkləməklə Paşinyanın elektoratını parçalamağa çalışır. Bununla belə, ekspert hesab edir ki, bu qüvvələrin Paşinyanın qələbəsinə ciddi maneə yaratması real görünmür.

Onun fikrincə, iyunun 7-də keçiriləcək seçkilərdə əsas mübarizə Koçaryanla Paşinyan arasında olacaq. Əsədullazadə vurğulayıb ki, Koçaryan revanşist mövqedən çıxış edir və müəyyən dairələrin, o cümlədən kilsə rəhbərliyinin dəstəyini alır, Paşinyan isə daha çox sülh siyasətini təbliğ edir və seçicilər bu iki yanaşma arasında seçim edəcək.

Ekspert əlavə edib ki, Koçaryanın namizədliyi əslində Paşinyanın qələbə şansını artıran amillərdən biridir. Bununla yanaşı, Rusiyanın seçkilər zamanı təxribatlara əl atma ehtimalı da istisna olunmur. Bu səbəbdən Avropa İttifaqının Ermənistana müşahidə missiyası göndərəcəyi gözlənilir.

Əsədullazadə bildirib ki, Ermənistan uğrunda Avropa İttifaqı ilə Rusiya arasında rəqabət yeni mərhələyə keçəcək. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan hazırkı baş nazir Paşinyanın qələbəsində maraqlıdır. Gürcüstan hakimiyyətinin isə Rusiya ilə birlikdə Koçaryana dəstək verməsi ehtimal edilir.

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Məkkənin təhlükəsizliyini “qırmızı xətt” elan etdi

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

SUNLAB 10 illik peşəkarlıq və etimad yolunu qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu