14 C
Baku
19 Mart 2026, 15:56
Dünya

WP: Pentaqon İran əməliyyatları üçün 200 milyard dollardan çox büdcə istəyib

ABŞ Müdafiə Nazirliyi – Pentagon İranla bağlı hərbi əməliyyatları davam etdirmək üçün 200 milyard dollardan artıq büdcə ayrılması məqsədilə Ağ Evə müraciət edib.

Məlumat The Washington Post qəzetinin mənbələrə istinadən yaydığı xəbərdə əks olunub. Bildirilir ki, Pentaqon bu vəsaitin Konqresə təqdim olunması üçün Ağ Ev ilə danışıqlar aparır.

Xəbərdə həmçinin qeyd olunur ki, Ağ Evin Konqresdən nə qədər vəsait tələb edəcəyi hələ dəqiq müəyyənləşməyib. Müdafiə Nazirliyinin son iki həftə ərzində müxtəlif maliyyə paketləri təqdim etdiyi bildirilir.

İddialara görə, tələb olunan məbləğ Donald Trump administrasiyasının indiyədək həyata keçirdiyi hava əməliyyatlarının xərclərini üstələyə bilər. Bununla yanaşı, bəzi yüksək vəzifəli Ağ Ev rəsmiləri bu büdcənin Konqresdə təsdiqlənəcəyinə şübhə ilə yanaşır.

Qeyd olunur ki, xüsusilə münaqişəyə qarşı çıxan konqresmenlər bu təşəbbüsə ciddi müqavimət göstərə bilər.

Rəsmi qurumlar məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Pentaqon mövzuya münasibət bildirməyib, Ağ Ev isə sorğulara dərhal cavab verməyib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bundan sonra İran da bölgədə yerləşən ABŞ hərbi bazalarına və digər hədəflərə zərbələrlə cavab verib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İran Prezidenti Mesud Pezeşkiyan ABŞ-İsrailin enerji obyektlərinə hücumunu pisləyib

Aynur Camal

Skandinaviya xalqı ardıcıl doqquzuncu ildir ki, dünyanın ən xoşbəxt ölkəsidir

Aynur Camal

Məhəmməd Əsədullazadə: “İsrail Tehranda kimyəvi silahdan istifadə edə bilər”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu