Dünya

On il həbsdə olan qadının ölüm hökmünü ləğv edildi

Tanzaniyada ağır əqli qüsurlu Lemi Limbu on ildən çox həbsxanada ölüm hökmü gözlədikdən sonra məhkəməsi tərəfindən məhkumluğu və ölüm hökmü ləğv edilib. Limbu 2015-ci ildə qızının qətlində təqsirli bilinmişdi.

Şinyanqa şəhərindəki məhkəmə martın 4-də onun apelyasiya şikayəti verə biləcəyini açıqlayıb. Lakin hələlik məhkəmənin yenidən baxacağı tarix müəyyən edilməyib. Vəkillər və insan haqları fəalları qadının həbsdə saxlanmasının haqsız olduğunu bildirirlər.

Limbu, uşaqlıqda ağır məişət zorakılığına və cinsi zorakılığa məruz qalmış, əqli inkişafı 10 yaş səviyyəsində olan bir qadındır. İlk məhkəməsində o, ifadəsini anlamadan polis tərəfindən qətl etirafı etdiyini iddia etmişdi.

2015-ci il məhkumluğu 2019-cu ildə ləğv olunmuş, 2022-ci ildə isə yenidən ölüm hökmünə məhkum edilmişdi. İkinci apelyasiya şikayəti bu ilin fevral ayında dinlənilib.

Tanzaniyada qətl üçün ölüm hökmü məcburidir, amma 1995-ci ildən bəri edam icra edilməyib. Ölkədə hələ 500-dən çox məhkum ölüm hökmü gözləyir. İnsan haqları ekspertləri Limbunun azad olunmasını və lazımi qayğı ilə təmin edilməsini tələb edirlər.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Nigeriyada metanol şübhəli içkidən ölənlərin sayı 48-ə çatdı

Aynur Camal

Güclü yağış Uffizi qalereyasına sızdı: Karavacconun əsəri zədə təhlükəsi yaşadı

Aynur Camal

İran İsveç diplomatına ölkəni tərk etmək üçün 48 saat vaxt verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu