Dünya

İranın cavab zərbəsindən sonra İsraildə partlayış səsləri eşidilib

İrandan həyata keçirilən cavab zərbəsindən sonra İsrailin mərkəzi bölgələrində partlayış səsləri qeydə alınıb.

Məlumata görə, paytaxt Tel-Əviv ətrafında və işğal altındakı Şərqi Qüds səmasında partlayış səsləri eşidilib.

İsrail Müdafiə Qüvvələri tərəfindən verilən açıqlamada bildirilib ki, İrandan buraxıldığı müəyyən edilən raketlərin qarşısını almaq üçün hava hücumundan müdafiə sistemləri işə salınıb.

Təhdid altında olan bölgələrdə sakinlərin mobil telefonlarına əvvəlcədən xəbərdarlıq mesajları göndərilib və onlardan sığınacaqlara daxil olmaları tələb olunub.

Bununla belə, Tel-Əviv ətrafı və Şərqi Qüds səmasında partlayış səsləri eşidilsə də, bəzi ərazilərdə hava hücumu siqnallarının verilmədiyi bildirilib.

İsrail mediası isə Qüdsə yaxın ərazilərdə və ölkənin cənubundakı bəzi yaşayış məntəqələrində siqnalların səsləndiyini qeyd edib.

Magen David Adom (İsrailin təcili tibbi yardım xidməti) tərəfindən verilən ilkin məlumata əsasən, hadisə nəticəsində ölən və ya yaralanan qeydə alınmayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

2026-cı ilin ən varlı koreyalı aktrisası kimdir?

Bugün TV

Çimərliyə PUA hücumu nəticəsində ölənlərin sayı 8-ə çatdı

Aynur Camal

Ərzincanda Urartu dövrünün izləri aşkarlanıb

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu