11 C
Baku
20 Mart 2026, 20:35
Texnologiya

Rusiyada ChatGPT-nin qadağası gündəmdədir? – Dövlət Dumasından açıqlama

Rusiyada xarici süni intellekt sistemlərinin, o cümlədən ChatGPT-nin qadağan olunması məsələsinə münasibət bildirilib.

Aleksandr Yuşenko, Dövlət Dumasının informasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin birinci müavini bildirib ki, yerli süni intellekt sistemləri əvvəlcə rəqabət mühitində inkişaf etdirilməlidir.

Onun sözlərinə görə, xarici platformaları qadağan etməzdən əvvəl alternativ təqdim olunmaması inkişafı deyil, əksinə, durğunluğu təşviq edir. “Öz resurslarımızı inkişaf etdirmək daha yaxşı olar, rəqabət qabiliyyətli olmağımız, istifadəçilərin də hansı məhsulun daha yaxşı olduğunu özləri seçməsi daha doğru yoldur”, – deyə o qeyd edib.

Yuşenko həmçinin vurğulayıb ki, Qərb süni intellekt modelləri hazırda ölkə daxilində ciddi təhlükə yaratmır və bu səbəbdən onların qadağan edilməsi tezdir.

Qanun layihəsi müzakirədədir

Məlumata görə, Rusiya Rəqəmsal İnkişaf Nazirliyi süni intellekt sahəsində transsərhəd texnologiyaların məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi təklif edib.

Sənədə əsasən, xarici platformalar — o cümlədən ChatGPT, Claude və Gemini — istifadəçi məlumatlarını xaricə ötürdüyünə görə məhdudiyyətlərlə üzləşə bilər.

Eyni zamanda, Çin mənşəli Qwen və DeepSeek kimi sistemlərin isə Rusiyada istifadəyə uyğunlaşdırıla biləcəyi bildirilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İran münaqişəsi texnika və populyar məhsulların qiymətinə necə təsir edə bilər?

Aynur Camal

Avstraliya AI ilə bağlı axtarış sistemləri və tətbiq mağazalarını sərtləşdirə bilər

Aynur Camal

Samsung silikon-karbon batareya texnologiyalı smartfon üzərində işləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu