Dünya

WSJ: ABŞ İranla razılaşma çərçivəsində neftə çıxış əldə etmək istəyir

The Wall Street Journal nəşrinin məlumatına görə, ABŞ İranla mümkün razılaşmanın bir hissəsi kimi bu ölkənin neft ehtiyatlarına çıxış əldə etməyə çalışır.

Qəzetin Vaşinqton administrasiyasındakı mənbəyə istinadən yaydığı xəbərdə bildirilir ki, Donald Trump Tehranla istənilən razılaşmada ABŞ-ın İran neftinin bir hissəsinə çıxışını təmin etmək ideyasını öz müşavirlərinə təqdim edib. Lakin hazırda bu istiqamətdə konkret planın hazırlanmadığı qeyd olunur.

Məlumata görə, Tramp martın 23-də “Truth Social” platformasında ABŞ və İranın son günlər Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması ilə bağlı konstruktiv danışıqlar apardığını bildirib. O, həmçinin Pentaqona İranın enerji infrastrukturuna zərbələrin 5 gün müddətinə təxirə salınması barədə göstəriş verdiyini açıqlayıb.

Digər tərəfdən, IRNA agentliyinə açıqlama verən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-la birbaşa danışıqların aparılmadığını bildirib. Onun sözlərinə görə, Tehran yalnız öz mövqeyini vasitəçilər vasitəsilə qarşı tərəfə çatdırıb.

Beləliklə, tərəflər arasında mümkün razılaşma ilə bağlı ziddiyyətli açıqlamalar fonunda regionda gərginlik davam edir.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu