Rusiya Ukrayna müharibəsi Sanksiyalar
Digər

Diplomat Avropa Birliyini tənqid etdi

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Avropa İttifaqını Ukraynadakı münaqişəni qəsdən dərinləşdirməkdə və sülh danışıqlarına mane olmaqda ittiham edib.

Məlumata görə, diplomat bu fikirləri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası çərçivəsində keçirilən, təşkilatın Avropa İttifaqı ilə münasibətlərinə həsr olunmuş iclasda səsləndirib.

Nebenzya çıxışında bildirib ki, Avropa İttifaqı uzun illərdir özünü sülhməramlı və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim etsə də, əslində ikili standartlar nümayiş etdirir və münaqişələrin həllinə deyil, onların uzanmasına xidmət edən siyasət yürüdür.

O qeyd edib ki, Avropa ölkələri Ukraynada “rusofobiya” hisslərini gücləndirir və bu yanaşma regionda təhlükəsizlik arxitekturasının qurulmasına mane olur. Onun sözlərinə görə, bu siyasət danışıqlar prosesini ardıcıl şəkildə zəiflədir və münaqişənin uzanmasına gətirib çıxarır.

Rusiyalı diplomat əlavə edib ki, Avropa İttifaqının hazırkı mövqeyi beynəlxalq münasibətlərdə etimadı azaldır və gərginliyi daha da artırır.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu