Dünya

Rusiya Britaniyanın yeni sanksiyalarını düşmənçilik addımı adlandırdı

Bugun.tv xəbər verir ki, Rusiyanın Böyük Britaniyadakı səfirliyi Böyük Britaniyanın Rusiyaya qarşı elan etdiyi yeni sanksiyalar paketini növbəti düşmənçilik addımı kimi qiymətləndirib.

Səfirliyin nümayəndəsi TASS agentliyinə açıqlamasında bildirib ki, Londonun tətbiq etdiyi yeni məhdudiyyətlər əvvəlkilər kimi nə ümumi vəziyyətə, nə də Ukraynadakı hərbi əməliyyatların gedişinə ciddi təsir göstərəcək.

Açıqlamada qeyd olunub ki, Böyük Britaniya hakimiyyətinin sərt bəyanatlarına baxmayaraq, bu sanksiyaların real nəticə verməsi gözlənilmir.

Rusiya tərəfi həmçinin bəyan edib ki, məhz Böyük Britaniya Kiyevə maliyyə və silah yardımı göstərməklə münaqişənin daha da dərinləşməsinə səbəb olur. Səfirliyin sözçüsünün fikrincə, bunun ağır nəticələrini isə ilk növbədə Ukrayna əhalisinin ən həssas təbəqələri yaşayır.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

ÜST: Türkiyə sağlamlıq gündəminin öncülərindən birinə çevrildi

Aynur Camal

ABŞ seçkiləri İranda necə qarşılandı?

Aynur Camal

Bu yol nişanının mənası sürücüləri təəccübləndirir: Maneənin hər iki tərəfindən keçmək olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu