Maraqlı faktlar

Şəkəri azaltmağın 8 effektiv yolu: dietoloqdan tövsiyələr

Qidalanmada artıq şəkər istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər bildirir ki, bu, 2-ci tip diabet, artıq çəki, ürək-damar xəstəlikləri və hətta dərinin vaxtından əvvəl qocalması riskini artırır.

Ümumdünya Səhiyyə Təşkilatı gündə əlavə şəkər qəbulunun 25 qramdan (təxminən 6 çay qaşığı) çox olmamasını tövsiyə edir. Bu normanın aşılması sağlamlıq risklərini xeyli yüksəldir.

Şəkər qəbulunu azaltmağın 8 yolu

1. Şirin içkilərdən imtina edin

Qazlı içkilər və paket şirələr ən böyük “gizli şəkər” mənbəyidir. Onları su, şəkərsiz çay və ya limonlu su ilə əvəz edin.

2. Etiketləri diqqətlə oxuyun

Məhsul tərkibində şəkər fərqli adlarla gizlənə bilər: fruktoza, dekstroza, sirop və s.

3. Ədviyyatlardan istifadə edin

Darçın, vanil və zəncəfil yeməyə təbii şirinlik hissi verərək şəkərə ehtiyacı azaldır.

4. Zülal və lif qəbulunu artırın

Yumurta, badam, brokoli və avokado kimi qidalar toxluq hissini artırır və şirinə meyli azaldır.

5. Şirniyyatları göz önündən uzaq saxlayın

Əlinizin altında meyvə və qoz-fındıq saxlayın – seçim vərdişlərə birbaşa təsir edir.

6. “Yağsız” məhsullardan uzaq olun

Bu məhsullarda dadı artırmaq üçün çox vaxt əlavə şəkər olur.

7. Porsiyalara nəzarət edin

Şokoladı kiçik hissələrə bölün, desertləri az-az yeyin.

8. Yuxu rejiminə diqqət edin

Az yuxu iştahı artırır və şirinə meyli gücləndirir. 7–8 saat yuxu bu istəyi azalda bilər.

Mütəxəssislər vurğulayır ki, şəkəri birdən-birə deyil, tədricən azaltmaq daha effektivdir. Təxminən 3 həftə ərzində dad reseptorları uyğunlaşır və şirin qidalara ehtiyac xeyli azalır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alimlər suyun ən böyük sirrlərindən birini açdı

Aynur Camal

Ekspertlərdən tövsiyə: Yazda bu 8 meyvə və giləmeyvə mütləq rasionda olmalıdır

Aynur Camal

Toksik insanı ilk yazışmalardan tanımaq mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu