Hadisə

Kanadada 128 illik istilik rekordu qırıldı

Kanadanın qərbində yerləşən British Columbia əyalətində müşahidə olunan güclü isti hava dalğası nəticəsində 1898-ci ildən bəri qırılmayan temperatur rekordu yenilənib. Rəsmi məlumatlara görə, Vancouver şəhərində havanın temperaturu 23,9 dərəcəyə çataraq 128 il əvvəl qeydə alınmış 22,2 dərəcəlik göstəricini geridə qoyub.

Əyalətin bir sıra bölgələrində də rekord istilər qeydə alınıb. Pemberton və Lytton daxil olmaqla 19 yaşayış məntəqəsində gündəlik temperatur rekordları yenilənib.

İsti hava elektrik enerjisinə tələbatı da artırıb. BC Hydro şirkətinin məlumatına əsasən, enerji istehlakı 7 min 600 meqavata çataraq may ayı üzrə indiyədək qeydə alınan ən yüksək səviyyəyə yüksəlib.

Meteoroloqlar bildirirlər ki, həftə ortasında temperaturun nisbətən enəcəyi gözlənsə də, həftəsonuna doğru bölgədə yenidən istilərin güclənəcəyi proqnozlaşdırılır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Çində fişəng zavodunda partlayış: 26 nəfər ölüb, 61 nəfər yaralanıb

Aynur Camal

Atlantik okeanında sərnişin gəmisində virus şübhəsi: 3 nəfər öldü

Aynur Camal

Rus polis əməkdaşına bombalı hücum edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu