Dünya

İran “Ocean Koi” adlı neft tankerini saxladığını açıqladı

İran dövlət mediasının yaydığı məlumata görə, tanker ölkənin neft ixracına mane olmağa cəhd göstərdiyi iddiası ilə saxlanılıb.

Məlumatda bildirilir ki, İran İslam Respublikası Ordusu dəniz komandosları xüsusi əməliyyat zamanı tankeri nəzarətə götürüb.

İran mediasının iddiasına əsasən, “Ocean Koi” adlı tanker İranın neft ixracına və ölkənin milli maraqlarına zərər vurmağa çalışıb. Hadisənin harada baş verdiyi və gəminin hansı bayraq altında üzməsi barədə isə əlavə məlumat verilməyib.

Rəsmi qurumlar hələlik tanker heyətinin taleyi və saxlanılmanın digər təfərrüatları barədə açıqlama yaymayıblar.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu