Dünya

Aİ Fələstin torpaqlarını zəbt edən israillilərə qarşı sanksiyalarla bağlı razılığa gəlib

Bugun.tv xəbər verir ki, Avropa İttifaqının xarici işlər nazirləri işğal altındakı Fələstin ərazilərində zorakılıqda iştirak edən israilli məskunlaşmaçı şəxslərə qarşı sanksiyaların tətbiqi barədə siyasi razılıq əldə ediblər.

Məlumatı Kaja Kallas açıqlayıb. O bildirib ki,  Avropa Birliyi xarici işlər nazirləri Fələstinlilərə qarşı zorakılıq halları ilə əlaqədar konkret addımların atılmasına razılıq veriblər.

Kaja Kallas həmçinin qeyd edib ki, nazirlər eyni zamanda Hamas-ın aparıcı şəxslərinə qarşı yeni sanksiyalar məsələsində də ortaq mövqe formalaşdırıblar.

Bundan əvvəl Fransa və İsveç işğal altında olan Fələstin ərazilərində yaradılmış yaşayış məntəqələri ilə ticarətin məhdudlaşdırılması və ya qadağan olunması təklifini gündəmə gətirmişdi.

Aİ rəsmiləri bildirirlər ki, uzun müddət davam edən siyasi dalandan sonra artıq konkret addımların atılmasının vaxtı çatıb və zorakılıqla müşayiət olunan ekstremizm cəzasız qalmamalıdır.

Qeyd edək ki, işğal altındakı Qərb Sahilində son aylarda gərginlik daha da artıb. Fələstin mənbələrinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri bölgədə minlərlə insan zərər çəkib, çox sayda şəxs həyatını itirib və minlərlə fələstinli saxlanılıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Şahzadə Corcun çəkdiyi balıqçıl quşunun rəsmi jurnalda dərc olunub

Aynur Camal

Təbii bakteriyalar kartof və buğdanın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırdı

Aynur Camal

Tramp və Netanyahu arasında İranla bağlı telefon danışığının gərgin keçdiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu