Sosial

Alimlər uşaqlarda oxu problemlərinin gözlənilməz səbəblərini açıqlayıblar

Bugun.tv xəbər verir ki, yeni araşdırmaya görə, uşaqlarda zəif oxu bacarığının əsas səbəbi nə görmə zəifliyi, nə də ümumi intellekt səviyyəsidir.

Texas A&M University alimlərinin apardığı genişmiqyaslı tədqiqat göstərib ki, oxu qabiliyyətinə ən güclü təsir edən amillər eşitmə qavrayışı və uşağın topladığı ümumi biliklərdir.

Araşdırmaya rəhbərlik edən Daniel Haevski və komandası 137 müxtəlif test toplusu üzrə 50 min korrelyasiyanı təhlil edərək uşaqlarda oxu bacarığının formalaşmasına təsir edən əsas faktorları müəyyənləşdiriblər.

Nəticələrə görə, görmə qavrayışı ilə oxu bacarığı arasında əhəmiyyətli əlaqə aşkarlanmayıb. Ümumi intellekt müəyyən rol oynasa da, onun təsirinin əvvəl düşünüləndən xeyli az olduğu məlum olub.

Alimlər bildirirlər ki, uşağın söz daxilində ayrı-ayrı səsləri ayırd etmə bacarığı – yəni eşitmə qavrayışı – oxumağı öyrənməyin əsasını təşkil edir. Bundan başqa, uşağın lüğət ehtiyatı, dünyagörüşü və gündəlik həyatda topladığı biliklər oxuduğunu anlamaqda mühüm rol oynayır.

Alimlər uşaqlarda oxu problemlərinin gözlənilməz səbəblərini açıqlayıblar

Tədqiqat müəlliflərinin fikrincə, oxuda çətinlik çəkən uşaqları zəif qabiliyyətli hesab etmək düzgün deyil. Çox vaxt problem ümumi bacarıq çatışmazlığında deyil, konkret bir vərdişin kifayət qədər inkişaf etməməsində olur.

Mütəxəssislər hesab edirlər ki, məktəb, ailə və cəmiyyət birgə şəkildə uşağın oxu bacarıqlarını addım-addım dəstəklədikdə daha uğurlu nəticələr əldə etmək mümkündür.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tənbəllik həmişə pis deyil – mütəxəssislərin qənaəti

Aynur Camal

“Jurnalistin Hüquqi Sərhədləri” mövzusunda maarifləndirici təlim keçirilib

Aynur Camal

Soyuducunun qapısında hansı məhsulları saxlamaq olmaz?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu