Baş xəbərSosial

Bakıda “InVision Design Talks BAKU 2026” tədbiri keçirilib

Bugun.tv xəbər verir ki, mayın 11-də Bakı Konqres Mərkəzində “Seranit Azerbaijan” və “Sinerji Pro” şirkətlərinin təşkilatçılığı ilə “InVision Design Talks BAKU 2026” tədbiri baş tutub.

Tədbir memarlıq, dizayn, şəhərsalma və texnologiya sahələrinin aparıcı nümayəndələrini bir araya gətirib.

Ötən il ilk dəfə təşkil olunan platforma bu il ikinci dəfə keçirilib və regional, eləcə də beynəlxalq fikir mübadiləsi üçün mühüm müzakirə meydanına çevrilib. Tədbirin açılışında aparıcı Eldar Kərimov layihənin məqsəd və vizyonu barədə iştirakçılara məlumat verib. Moderator Osman Arayıcı isə tədbirin spikerlərini təqdim edib.

Tədbirin fəxri qonağı olan Türkiyənin Azərbaycandakı səfiri professor doktor Birol Akgün çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin tarixinin ən yüksək mərhələsində olduğunu bildirib. O qeyd edib ki, iqtisadiyyat, enerji, siyasət və mədəniyyət sahələrində əməkdaşlıq sürətlə inkişaf edir.

Səfir vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunması iki ölkə arasında münasibətlərə yeni strateji baxış qazandırıb. “Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan artıq real mənada strateji müttəfiqə çevrilib”, – deyə B.Akgün bildirib.

Tədbirdə memarlıq və texnologiyanın gələcəyinə dair müxtəlif təqdimatlar da keçirilib. Yeşeren Ersan süni intellektin dizayn və tikinti sahəsində yaratdığı yeni imkanlardan danışıb. Sinan Kafadar isə davamlı estetika və adaptiv memarlıq yanaşmalarını təqdim edib.

İkinci sessiyada Sefer Çağlar ictimai məkanların sosial münasibətlərə təsiri mövzusunda çıxış edib. Tusi bəy rəqəmsal transformasiya dövründə dizayn sahəsində yaranan yeni əməkdaşlıq modellərindən bəhs edib.

Tədbirin yekununda Özer Çiçək yüksək binalarda isitmə sistemləri ilə fasad həllərinin inteqrasiyasına dair təqdimatla çıxış edib.

“InVision Design Talks BAKU 2026” iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və memarlıq, şəhərsalma, texnologiya və dizayn sahəsində yeni əməkdaşlıqlar üçün vacib platforma kimi qiymətləndirilib.

Aynur Camal

Oxşar xəbərlər

Stress qocalmanı sürətləndirir: Xarici görünüş necə dəyişir?

Aynur Camal

Alimlər uşaqlarda oxu problemlərinin gözlənilməz səbəblərini açıqlayıblar

Aynur Camal

“Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu