Dünya

“Eurovision”un qalibi Bolqarıstan oldu: Həyat yoldaşının türk olduğu məlum oldu

Bugun.tv xəbər verir ki, Avroviziya Mahnı Müsabiqəsi 2026  müsabiqəsinin qalibi olan Bolqarıstan təmsilçisi Dara şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.

Avstriyanın paytaxtı Vienna şəhərində keçirilən müsabiqənin finalında Dara “Bangaranga” adlı mahnısı ilə 516 xal toplayaraq birinci olub. İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü yeri tutub.

Final gecəsində İsrail təmsilçisi Noam Bettan səhnəyə çıxarkən tamaşaçılar tərəfindən Fələstin bayraqları ilə etiraz aksiyası keçirilib.

Müsabiqədən sonra dünya mətbuatına danışan Dara həyat yoldaşının türk olduğunu açıqlayıb. Müğənni Türkiyəyə yenidən səfər etmək istədiyini də bildirib.

“Xüsusilə Türkiyəyə yenidən gəlmək istərdim. Həyat yoldaşım türkdür, ona görə necə gəlməyək? Vaxt tapdıqca türk dilində çalışıram. Növbəti dəfə daha çox cümlə qura bilərəm”, – deyə Dara qeyd edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

AB: ABŞ, Çin və Rusiya Avropa İttifaqını zəiflətmək istəyir

Aynur Camal

Genetik izah edib ki, bəzi insanlara şirniyyatdan imtina etmək niyə çətin gəlir

Aynur Camal

CNN: Donald Tramp İranla bağlı milli təhlükəsizlik qrupunun iclasını keçirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu