Bugun.tv xəbər verir ki, Kaja Kallas Avropa İttifaqının ABŞ, Çin və Rusiya tərəfindən zəiflədilməyə çalışıldığını bildirib.
Avropa Birliyi Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Estoniyada keçirilən konfransda çıxış edərək Avropanın birlik içində qalmasının qlobal güc balansı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, böyük güclər Avropa İttifaqının birləşmiş şəkildə daha güclü olmasından narahatdır və bu səbəbdən onu parçalamağa çalışırlar.
Kallas bildirib ki, bəzi ölkələr ikitərəfli münasibətlər vasitəsilə Brüsseldən yan keçməyə üstünlük verir və bu da Aİ daxilində parçalanma riskini artırır.
O həmçinin qeyd edib ki, Avropa İttifaqı diplomatik həlləri dəstəkləsə də, beynəlxalq danışıqlarda təsir gücü məhdud qala bilər.
Mənbə: İLKHA
