Dünya

Müharibə kölgəsində kütləvi toy mərasimi keçirildi

Bugun.tv xəbər verir ki, İranın paytaxtı Tehran şəhərində müharibə atmosferinin davam etdiyi bir vaxtda minlərlə insanın iştirakı ilə kütləvi nikah mərasimi təşkil olunub.

Dövlət tərəfindən təşkil edilən tədbirdə 1000-dən çox cütlük eyni anda ailə həyatı qurub. Mərasimdə ən diqqət çəkən məqamlardan biri isə hərbi texnikaların toy karvanına çevrilməsi olub.

Məlumata görə, bəzi hərbi maşınlar çiçəklər və çəhrayı-ağ bəzəklərlə dekorasiya edilərək gəlin və bəylərin istifadəsinə verilib. Hətta üzərində pulemyot olan texnikaların da toy kortejində yer aldığı bildirilib.

Tədbir zamanı İran bayraqları, çəhrayı rəngə boyanmış raket maketləri və ölkənin ali rəhbəri Ali Khameneinin portretləri nümayiş etdirilib. Bu səbəbdən tədbirin yalnız toy mərasimi deyil, həm də siyasi və ideoloji mesaj xarakteri daşıdığı barədə fikirlər səsləndirilib.

Kütləvi nikah mərasimlərindən biri İmam Hüseyn Meydanında keçirilib. Burada 110 cütlüyün nikahı rəsmiləşdirilib.

Mərasim boyunca təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və dövlət protokolunun diqqət çəkdiyi qeyd olunur.

İran mediasında yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Arabika qəhvəsinin qiyməti son bir ilin minimumuna düşdü

Aynur Camal

Sorğu keçirildi: İnsanların həyatı yaxın 20 ildə necə dəyişəcək?

Aynur Camal

Media: Tramp ABŞ, Çin və Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı birləşməsini təklif edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu