Bugun.tv xəbər verir ki, İsrail Qəzzaya humanitar yardım aparan “Global Sumud” adlı flotiliyadakı bütün gəmiləri nəzarətə götürüb.
Hadisə beynəlxalq mediada və humanitar təşkilatlar arasında geniş rezonans doğurub.
Məlumata görə, flotiliya Aralıq dənizi vasitəsilə Qəzza zolağı tibbi ləvazimat, ərzaq və digər humanitar yardımlar çatdırmağı planlaşdırırdı. İsrail tərəfi isə təhlükəsizlik səbəbilə gəmilərin marşrutuna müdaxilə edərək onları dayandırıb.
Bəzi beynəlxalq təşkilatlar hadisəni humanitar missiyaya maneə kimi qiymətləndirib və bölgədə onsuz da ağır olan vəziyyətin daha da pisləşə biləcəyini bildiriblər. İsrail rəsmiləri isə açıqlamalarında Qəzzaya daxil olan bütün yüklərin yoxlanıldığını və təhlükəsizlik prosedurlarının tətbiq edildiyini vurğulayıblar.
Analitiklərin fikrincə, hadisə Yaxın Şərqdə gərginliyi daha da artıracaq və beynəlxalq diplomatik reaksiyalara səbəb olacaq. Xüsusilə humanitar yardım marşrutlarının təhlükəsizliyi ilə bağlı yeni müzakirələrin başlanacağı gözlənilir.
Mənbə: Anadolu Agentliyi
