Image default
Dünya

ABŞ Raul Kastroya qarşı cinayət işi açdı

ABŞ hakimiyyəti Kubanın keçmiş lideri Raul Castro barəsində rəsmi cinayət işi açıldığını elan edib.

“Bugün TV” xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Raul Kastronu 1996-cı ildə Florida ilə Kuba arasında baş vermiş hadisədə ABŞ vətəndaşlarının öldürülməsi məqsədilə sui-qəsd təşkil etməkdə və digər ağır cinayətlərdə ittiham edir.

Məlumata görə, iş Florida ştatının Mayami şəhərində keçirilən mətbuat konfransında açıqlanıb. ABŞ Baş prokurorunun səlahiyyətlərini icra edən Todd Blanche bildirib ki, böyük jüri tərəfindən aprel ayında hazırlanan ittiham aktının məxfiliyi aradan qaldırılıb.

İddianamədə Raul Kastro və daha beş kubalı hərbi rəsmisinin “Brothers to the Rescue” adlı təşkilata məxsus iki silahsız mülki təyyarəni beynəlxalq hava məkanında vurmaqda ittiham olunduğu qeyd edilir. Həmin hadisə nəticəsində dörd nəfər həyatını itirmişdi.

Todd Blanche çıxışında bildirib ki, ABŞ hökuməti vətəndaşlarının ölümünü unutmayacaq: “Əgər amerikalıları öldürürsünüzsə, kim olmağınızdan və nə qədər vaxt keçməsindən asılı olmayaraq sizi məsuliyyətə cəlb edəcəyik”.

Qeyd edək ki, ABŞ ilə Kuba arasında münasibətlər son aylarda yenidən gərginləşib. ABŞ prezidenti Donald Trump administrasiyasının Kubaya qarşı sərt mövqeyi iki ölkə arasındakı siyasi qarşıdurmanı daha da artırıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Mütəxəssislər isti havada susuz qalmamaq üçün əsas qaydaları açıqlayıblar

Aynur Camal

ABŞ-ın ilk Papası Müstəqillik Günü ərəfəsində Azadlıq Medalı ilə təltif olundu

Aynur Camal

Böyük Britaniyada xidmət sektoru son illərin ən zəif nəticəsini göstərib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu