Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərİqtisadiyyat

“Rusiya Ermənistanda Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiqləri artırır”

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında Ermənistanda gedən siyasi proseslər və Rusiyanın regiondakı siyasəti ilə bağlı paylaşım edib.

Ekspert bildirib ki, Ermənistanda seçki marafonunda iştirak edən revanşist və Rusiyaya yaxın müxalif qüvvələrin əsas tezisləri Azərbaycanla Ermənistan arasında paraflanmış sülh mətnindən geri çəkilmək, Zəngəzur dəhlizi və TRİP layihəsindən imtina etmək, həmçinin Rusiyanın prosesdə iştirakını təmin etməkdən ibarətdir.

Onun sözlərinə görə, müxalifətin irəli sürdüyü bu mövqelər Kremlin siyasi xətti ilə üst-üstə düşür və Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurmağa hesablanıb.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanda fəaliyyət göstərən “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan Azərbaycana qarşı problemlər yaradacaqlarını bəyan edib. Eyni zamanda baş nazir postuna namizəd Robert Koçaryan da oxşar ritorika sərgiləyir.

Ekspert vurğulayıb ki, Rusiyanın eks-prezidenti Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov və digər yüksək vəzifəli şəxslərin Ermənistanın baş naziri Nikol Paşinyan əleyhinə açıqlamaları İrəvana qarşı siyasi təzyiq planının tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Əsədullazadənin fikrincə, əgər ABŞ və Avropa İttifaqı Ermənistan hakimiyyətinə kifayət qədər siyasi dəstək verməsə, Moskva Paşinyan hakimiyyətini zəiflətməyə və ya dəyişməyə çalışa bilər.

Siyasi ekspert ABŞ dövlət katibi Marko Rubionun Ermənistana planlaşdırılan səfərinin də Vaşinqtonun Paşinyana siyasi dəstək nümayişi kimi qiymətləndirilə biləcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ və Qərb üçün Ermənistanın yenidən tam şəkildə Rusiyanın təsir dairəsinə qayıtmaması strateji əhəmiyyət daşıyır.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Rusiya Qərbə qarşı yeni cəbhə aça bilər – SİYASİ EKSPERT

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu