Baş xəbər

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Bugun.tv xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan xalqını və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Dövlət başçısı təbrikində Qurban bayramının İslam aləmində birlik, bərabərlik və fədakarlıq rəmzi olduğunu vurğulayıb:

“Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm.

İslamın sonuncu səmavi din və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini təcəssüm etdirən Qurban bayramı günlərində milyonlarla müsəlman Həcc ziyarətində bir araya gəlir, birlik və bərabərliyin, nəcib amallar uğrunda hər cür fədakarlığa hazır olmanın qürur və sevincini yaşayır.

Hər il ölkəmizdə ümumxalq bayramı kimi qeyd olunan Qurban mərasimləri insanlar arasında həmrəylik, humanizm və mərhəmət duyğularını daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə bağlılığın, xeyirxah əməllərin təntənəsinə çevrilir.

Əziz bacı və qardaşlarım!

Bu mübarək günlərdə şəhidlərimizin ölməz xatirəsini bir daha minnətdarlıqla yad edir, xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların Tanrı dərgahında qəbul olunması diləyi ilə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə geosiyasi gücünü artırır, daxili siyasi balans dəyişir – ekspert Məhəmməd Əsədullazadə

Aynur Camal

“Süni intellekt informasiya kirliliyi yaradır”

Aynur Camal

“Rusiya Ermənistanda Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiqləri artırır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu