Image default
Dünya

Rusiya Ermənistanın məşhur mineral su markasını qadağan etdi

Bugun.tv xəbər verir ki, Rusiya Ermənistan istehsalı olan “Jermuk” markalı mineral suların satışını dayandırıb. Qərarın səbəbi kimi məhsullarda insan sağlamlığı üçün təhlükəli ola biləcək pozuntuların aşkarlanması göstərilib.

Rospotrebnadzor tərəfindən yayılan açıqlamada bildirilib ki, Ermənistan mənşəli ümumilikdə 64,5 milyon ədəd mineral su şüşəsinin Rusiya ərazisində satışının dayandırılması ilə bağlı aidiyyəti qurumlara göstəriş göndərilib.

Qurum qeyd edib ki, məhsullarda sağlamlıq baxımından risk yarada biləcək uyğunsuzluqlar müəyyən olunub. Lakin pozuntuların konkret nədən ibarət olduğu açıqlanmayıb.

Məlumata görə, son dövrlər Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik müşahidə olunur. Rusiya daha əvvəl Ermənistanın çiçək, meyvə və tərəvəz məhsullarının idxalına da müvəqqəti məhdudiyyətlər tətbiq etmişdi.

Mənbə: TGRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Dietoloq xolesterinə nəzarət üçün gündəlik qoz yeməyi tövsiyə etdi

Aynur Camal

Astronomlar təsadüfən indiyədək birbaşa görüntülənən ən zəif ekzoplaneti aşkar etdilər

Aynur Camal

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu