Texnologiya

Blue Origin” şirkətinin raketi sınaq zamanı partladı

Bugun.tv xəbər verir ki, amerikalı milyarder Ceff Bezosun sahibi olduğu “Blue Origin” şirkətinin “New Glenn” adlı raketi ABŞ-ın Florida ştatındakı Keyp Kanaveral kosmodromunda keçirilən statik atəş sınağı zamanı partlayıb.

Məlumata görə, təxminən 98 metr hündürlüyündə olan raketin mühərrik sınaqları zamanı güclü partlayış baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Şirkət hadisə ilə bağlı açıqlamasında sınaq zamanı “anomaliya” qeydə alındığını bildirib. Sosial şəbəkələrdə yayılan görüntülərdə raketin alt hissəsindən əvvəl tüstü qalxdığı, daha sonra isə böyük alov topunun əmələ gəldiyi görünüb.

Qeyd edək ki, “New Glenn” raketi “SpaceX”in “Falcon” seriyasına rəqib kimi hazırlanır. Layihəyə illərdir milyardlarla dollar sərmayə yatırılıb.

Şirkətin rəhbəri Ceff Bezos hadisədən sonra paylaşım edərək səbəbin araşdırıldığını və proqramın davam etdiriləcəyini bildirib. “SpaceX” rəhbəri İlon Mask da “Blue Origin”ə dəstək mesajı göndərib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Artıq təyyarələrin yanında sürücüsüz nəqliyyat vasitələri işləyir

Aynur Camal

Brüssel iri şirkətlərə yeni vergi tətbiqini nəzərdən keçirir

Aynur Camal

Alimlər kosmosda həyat izlərini aşkar etməyə kömək edəcək yeni üsul hazırladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu