Bugun.tv xəbər verir ki, Tanzaniya Prezidenti Samia Suluhu Hassan dövlət səfəri ilə Rusiyaya gəlib.
Məlumata görə, Tanzaniya liderini daşıyan təyyarə Moskvanın Vnukovo-2 hava limanına eniş edib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə Samia Suluhu Hassan arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçiriləcək.
Bildirilib ki, Tanzaniya Prezidentinin Rusiyaya səfəri iyunun 5-dək davam edəcək. Səfər proqramına həmçinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçiriləcək plenar iclasda iştirak və çıxış da daxildir.
Görüşlər zamanı tərəflərin ikitərəfli əməkdaşlıq, iqtisadi əlaqələrin inkişafı və beynəlxalq gündəmdə yer alan məsələləri müzakirə etmələri gözlənilir.
Mənbə: TASS
