Baş xəbərMaraqlı faktlar

Turistlər üçün “Qlzıl Ovu”na start verildi

Bugun.tv xəbər verir ki, Finlandiya turistləri cəlb etmək üçün qeyri-adi layihəyə imza atıb.

Ölkənin Lapland bölgəsində təxminən 23 min dollar dəyərində qızıl külçə gizlədilib və ziyarətçilər onu tapmaq üçün “xəzinə ovuna” dəvət olunub.

TRT Haber-in məlumatına görə, aksiya Levi qəsəbəsində keçirilir və “Gecə Yarısı Günəş Ovu” adlanır.

İştirakçılar xüsusi ipucları vasitəsilə dağlıq əraziləri, turist marşrutlarını və təbiət yollarını gəzərək qızıl külçəyə yaxınlaşmağa çalışacaqlar.

Layihə yerli turizm şirkətləri və mədən müəssisəsinin əməkdaşlığı ilə təşkil olunub. Məqsəd Laplandiyanın yay mövsümündə də turistlər üçün cəlbedici istiqamət olduğunu göstərməkdir.

Təşkilatçılar bildirir ki, iştirakçılar təbiətə zərər verməməli, yalnız müəyyən edilmiş marşrutlardan istifadə etməlidirlər.

Qızıl külçə istənilən ipucundan sonra tapıla bilər və yay boyu əlavə istiqamətləndirici məlumatlar veriləcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tədqiqat: Arıqlamaq beynin fəaliyyətini və bağırsaq bakteriyalarını dəyişir

Aynur Camal

Bilirdinizmi? Dünyanın ən böyük canlı orqanizmi bir meşə deyil

Aynur Camal

Üzən adalar göllərin təmizlənməsinə kömək edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu