24 C
Baku
14 Sentyabr 2026, 23:08
Dünya

Si Cinpin Şimali Koreyaya səfərini başa vurdu: Pekin və Pxenyan əməkdaşlığı genişləndirir

Bugun.tv xəbər verir ki, Çin Prezidenti Si Cinpin Şimali Koreyaya yeddi ildən sonra həyata keçirdiyi ilk rəsmi səfərini başa çatdırıb. CNN-in məlumatına görə, səfər zamanı Çin və Şimali Koreya rəhbərləri siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Məlumata əsasən, Si Cinpin və Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında strateji koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Çin tərəfi ticarət, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bəyan edib.

Analitiklərin fikrincə, Pekin son illərdə Şimali Koreyanın Rusiya ilə yaxınlaşması fonunda regiondakı təsir imkanlarını qorumağa çalışır. Bu səbəbdən Si Cinpinin səfəri Çin-Şimali Koreya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Görüş zamanı Kim Çen In Çinin “Vahid Çin” siyasətini dəstəklədiyini bildirib. Tərəflər həmçinin regional sabitliyin qorunması və Koreya yarımadasında təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Mütəxəssislər hesab edirlər ki, bu səfər təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də Şərqi Asiyada geosiyasi balansın formalaşmasına təsir göstərə bilər.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Himalay buzlaqları son 10 ildə 65 faiz daha sürətlə əriməyə başlayıb

Aynur Camal

Əcnəbiləri heyrətləndirən iki rus təamı açıqlanıb

Aynur Camal

İsrail Husilərin irəliləyişindən sonra hərbi-dəniz qüvvələrinin hazırlığını artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu