Dünyaİdman

Dünya Kuboku festivalı hava şəraitinə görə dayandırıldı

Bugun.tv xəbər verir ki, Kanadanın Toronto şəhərində keçirilən 2026-cı il FIFA Dünya Kuboku azarkeş festivalı əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti olaraq dayandırılıb.

Təşkilatçılar ildırım və güclü tufan təhlükəsi ilə əlaqədar minlərlə azarkeşin toplandığı festival ərazisinin təxliyə edildiyini açıqlayıblar. Qərar Meksika və Cənubi Afrika arasında keçirilən açılış oyununun nümayişi zamanı qəbul olunub.

Mütəxəssislər Şimali Amerikada keçirilən yay Dünya Kubokunun hava şəraiti ilə bağlı ciddi risklərlə üzləşdiyini bildirirlər. Mövsümi proqnozlara görə, ABŞ və Kanadanın bir sıra bölgələrində temperatur normadan xeyli yüksək olacaq, eyni zamanda güclü yağışlar və tufanların baş vermə ehtimalı artacaq.

Toronto şəhərində keçirilən festivalın iyulun 19-dək davam etməsi planlaşdırılır. Burada azarkeşlər üçün oyun nümayişləri, konsert proqramları, əyləncə və qida zonaları təşkil olunub. Şəhər Dünya Kuboku çərçivəsində altı oyuna ev sahibliyi edəcək.

Bəzi azarkeşlər sosial şəbəkələrdə tədbirin ləğvinə etiraz etsələr də, şəhər rəhbərliyi təhlükəsizliyin hər şeydən üstün olduğunu vurğulayıb. Rəsmilər hava şəraitinin normallaşmasından sonra festivalın fəaliyyətini davam etdirəcəyini bildiriblər.

Mənbə: EuroNews

Aynur Camal

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Qəbələdə 5,1 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu