26 C
Baku
11 Sentyabr 2026, 16:27
Dünya

ÜST Avropada istilərlə bağlı təcili tədbirlərə çağırıb

Bugun.tv xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa ölkələrini isti hava dalğalarının yaratdığı risklərə qarşı əlavə və təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Təşkilatın yaydığı məlumata görə, Avropada hər il yüz minlərlə insan yüksək temperaturun sağlamlığa təsiri nəticəsində həyatını itirir. ÜST mütəxəssisləri iqlim dəyişikliyi fonunda istilərin daha tez-tez və daha intensiv müşahidə olunduğunu bildiriblər.

Qeyd olunub ki, xüsusilə yaşlı insanlar, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər, uşaqlar və açıq havada çalışanlar yüksək risk qrupuna daxildir. Təşkilat hökumətləri əhalinin məlumatlandırılması, səhiyyə sistemlərinin hazırlığının artırılması və həssas qrupların qorunması istiqamətində əlavə addımlar atmağa çağırıb.

ÜST həmçinin vurğulayıb ki, ekstremal istilər artıq Avropada ən ciddi iqlim və sağlamlıq təhdidlərindən birinə çevrilib və gələcək illərdə risklərin daha da artacağı gözlənilir.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Alimlər qaranlıq maddənin aşkarlanmasına yaxınlaşa bilər

Aynur Camal

Kiyevə səhər saatlarında hücum: yaşayış binasında yanğın baş verdi

Aynur Camal

11 sentyabr zamanı uşaqların sağlamlığı ilə bağlı böyük araşdırma başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu