Dünya

Aİ: Rusiyanı qınamaq kifayət deyil, onun təxribatlarına qarşı mübarizə imkanlarımızı gücləndirməliyik

Bugun.tv xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyanın Avropa ölkələrinə qarşı artan təxribat xarakterli fəaliyyətlərinin ciddi narahatlıq doğurduğunu bildirib.

Avropa Parlamentinin Strasburqda keçirilən iclasında çıxış edən Kallas qeyd edib ki, son illərdə Avropa ölkələri kiberhücumlar, dezinformasiya kampaniyaları, sabotaj cəhdləri və sabitliyi pozmağa yönəlmiş müxtəlif fəaliyyətlərlə üzləşib. Onun sözlərinə görə, bu hücumların intensivliyi və miqyası son dövrlərdə görünməmiş səviyyəyə çatıb.

Kallas xüsusilə Baltikyanı ölkələr, Rumıniya və Finlandiyanın hava məkanında qeydə alınan pilotsuz uçuş aparatlarının pozuntularına diqqət çəkib. O bildirib ki, partlayıcı daşıyan Rusiya pilotsuz aparatlarından birinin Rumıniyada yaşayış binasının yaxınlığına düşməsi təhlükənin real olduğunu göstərir.

Aİ rəsmisi vurğulayıb ki, Rusiyanın bu addımları Avropa İttifaqının Ukraynaya verdiyi dəstəyi zəiflətməyə yönəlib. Onun sözlərinə görə, yalnız bəyanatlar və qınamalarla kifayətlənmək olmaz.

“Rusiyanın ərazilərimizə qədər uzanan təxribatlarına qarşı durmaq üçün müdafiə və cavab imkanlarımızı daha da gücləndirməliyik”, – deyə Kaya Kallas bildirib.

O, kritik infrastrukturun qorunmasının, hibrid təhdidlərə qarşı mübarizənin və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Kallas həmçinin pilotsuz uçuş aparatlarına qarşı daha ucuz və effektiv müdafiə vasitələrinin hazırlanmasının zəruriliyini vurğulayıb.

Ali nümayəndə əlavə edib ki, Rusiyanın fəaliyyəti təkcə Ukraynaya qarşı müharibə ilə məhdudlaşmır, eyni zamanda Avropa cəmiyyətləri və institutlarına qarşı sistemli təzyiq siyasətini də əhatə edir.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

İyun ayında səmada nadir astronomik hadisələr müşahidə olunacaq

Aynur Camal

Dağıstandakı məşhur “Lun” ekranoplanı akula görüntüsünə salındı

Aynur Camal

Məşhur çimərlikdə maraqlı qadağa: Çətirdən istifadə yaşla məhdudlaşdırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu