DünyaSosial Media

Melaniya Tramp MMA turnirində diqqət mərkəzində oldu

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Ağ Evin Cənub çəmənliyində keçirilən UFC Freedom 250 MMA turnirində iştirak ediblər. Tədbir ABŞ prezidentinin 80 illik yubileyi ilə eyni günə təsadüf edib.

Melaniya Tramp tədbir üçün fərqli görünüş seçərək diqqətləri üzərinə cəlb edib. ABŞ-ın birinci xanımı məşhur Dolce & Gabbana brendinə məxsus dərin kvadrat yaxalı qara midi don geyinib. O, geyimini dəri pencək, gümüş xaçlı çoker boyunbağı və qırmızı altlıqlı klassik Christian Louboutin hündürdaban ayaqqabılarla tamamlayıb.

Saçlarını açıq saxlayan Melaniya Tramp göz makiyajına üstünlük verərək zərif görünüşü ilə tədbirin ən çox müzakirə olunan simalarından birinə çevrilib.

Turnirdə Tramp ailəsinin oğlu Barron Tramp da iştirak edib. Sosial şəbəkələrdə istifadəçilər onun görünüşü və boyu ilə bağlı çoxsaylı şərhlər paylaşıblar.

Mənbə: Lady Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ENHYPEN üzvü NI-KI yapon pərəstişkarın faciəvi ölümündən sonra sərt tənqidlərlə üzləşdi

Bugün TV

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu