Maraqlı faktlar

Atlantik okeanında sirli “soyuq zona” genişlənir

Bugun.tv xəbər verir ki, alimlər Atlantik okeanının şimal hissəsində yerləşən və uzun illərdir müşahidə olunan qeyri-adi soyuq su sahəsinin getdikcə genişləndiyini müəyyən ediblər.

Mütəxəssislərin fikrincə, Qrenlandiyanın cənubunda yerləşən bu ərazi ətrafdakı suların istiləşməsinə baxmayaraq, daha aşağı temperaturunu qoruyub saxlayır. Alimlər hesab edirlər ki, bunun əsas səbəblərindən biri Qrenlandiya buzlaqlarının sürətlə əriməsi nəticəsində okeana böyük həcmdə şirin suyun daxil olmasıdır.

Tədqiqatçılar bildirirlər ki, sözügedən proses Atlantik okeanında isti su axınlarını daşıyan sistemin zəifləməsinə səbəb ola bilər. Bu isə Avropa və Şimali Amerikada hava şəraitinə, yağıntıların paylanmasına və temperatur göstəricilərinə təsir edə bilər.

Ekspertlər qeyd edirlər ki, “soyuq zona”nın genişlənməsi qlobal iqlim dəyişikliklərinin daha bir əlaməti hesab olunur və gələcəkdə dünya üzrə hava hadisələrinin intensivliyini artıra bilər. Mütəxəssislər vəziyyətin diqqətlə izlənilməsinin vacibliyini vurğulayırlar.

Mənbə: Live Science

Aynur Camal

Oxşar xəbərlər

İlk yelkənli qayıq necə yaranıb? – Minilliklər öncədən başlayan dənizçilik inqilabı

Aynur Camal

Alimlər And dağlarında rekord yüksəklikdə yaşayan siçanın sirrini araşdırıblar

Aynur Camal

Alimlər: Dünyada dillərin sayı sürətlə azalır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu