Texnologiya

SpaceX tarixdə ən böyük IPO ilə birjaya çıxdı

Bugun.tv xəbər verir ki, ABŞ-ın kosmik texnologiyalar şirkəti SpaceX tarixdə ən böyük ilkin kütləvi səhm təklifini (IPO) həyata keçirərək 78 milyard dollar vəsait cəlb edib.

Reuters-in məlumatına görə, şirkət 555,56 milyon səhmini hər biri 135 dollardan satışa çıxarıb. Nəticədə SpaceX-in bazar dəyəri təxminən 1,77 trilyon dollara yüksəlib və şirkət dünyanın ən dəyərli texnologiya nəhənglərindən birinə çevrilib. Bu göstərici 2019-cu ildə 30 milyard dollar toplayan Saudi Aramco-nun rekordunu geridə qoyaraq ən böyük IPO kimi tarixə düşüb.

Şirkətin səhmləri Nasdaq birjasında SPCX simvolu altında ticarətə buraxılıb. Analitiklər bildirirlər ki, investorların böyük marağı səbəbindən yerləşdirmə bir neçə dəfə artıq sifarişlə qarşılanıb.

Toplanan vəsaitin əsasən SpaceX-in peyk internet xidməti olan Starlink şəbəkəsinin genişləndirilməsinə, yeni nəsil Starship raketlərinin hazırlanmasına və süni intellekt sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

SpaceX-in qurucusu Elon Mask IPO-dan sonra da şirkətdə səsvermə hüququnun böyük hissəsini əlində saxlayacaq. Ekspertlər hesab edirlər ki, rekord həcmli bu yerləşdirmə yaxın aylarda digər iri texnologiya şirkətlərinin də birjaya çıxmasına stimul verə bilər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Alimlər Yerin daxilində nəhəng su ehtiyatlarının ola biləcəyini açıqlayıblar

Aynur Camal

Süni intellekt G7 sammitində

Aynur Camal

WhatsApp milyonlarla smartfonda fəaliyyətini dayandıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu