İqtisadiyyat

Vüqar Bayramov: Yükdaşımaların iki dəfə artırılması Azərbaycana ildə 7 milyard manata yaxın gəlir qazandıra bilər

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi hədəfi şərh edib.

Vüqar Bayramovun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan ərazisindən daşınan yüklərin həcminin iki dəfə artırılması ilə bağlı müəyyənləşdirdiyi məqsəd ölkəyə milyardlarla manat əlavə valyuta axını təmin edə bilər.

Deputat bildirib ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. Onun sözlərinə görə, 2025-ci ildə dəmir yolu ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Dəmir yolu yükdaşımalarından əldə olunan gəlir 383 milyon 996 min manat təşkil edib ki, bunun da 333 milyon 911 min manatı beynəlxalq daşımaların hesabına formalaşıb.

Bayramov qeyd edib ki, ötən il hava nəqliyyatı ilə yükdaşımalarından 2 milyard 398 milyon manat gəlir əldə olunub. Bundan başqa, dəniz nəqliyyatı üzrə 57 milyon 382 min manat, boru kəmərləri vasitəsilə 266 milyon 560 min manat, avtomobil yolları üzrə isə 204 milyon 275 min manat gəlir qeydə alınıb.

İqtisadçı deputat vurğulayıb ki, rəsmi statistikaya əsasən, 2025-ci ildə beynəlxalq yükdaşımalarından ümumilikdə 3,3 milyard manat gəlir əldə edilib. Onun hesablamalarına görə, Prezidentin müəyyənləşdirdiyi hədəf reallaşarsa, Azərbaycanın beynəlxalq yükdaşımalarından illik gəliri 7 milyard manata yaxınlaşa bilər.

Bayramovun fikrincə, bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməklə yanaşı, dövlət büdcəsinin gəlirlərinin artmasına da mühüm dəstək olacaq.

 

Aynur Camal

Oxşar xəbərlər

Avropa güclü istilər və dağıdıcı tufanlarla üzləşdi

Aynur Camal

“İqtisadiyyat Müsabiqəsi 2026”nın qalibləri mükafatlandırılıb

Aynur Camal

İlham Əliyev Ərəb Koordinasiya Qrupunun nümayəndə heyətini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu