Avstraliya Kanada ilə 2,5 milyard Avstraliya dolları dəyərində “ufuqdan kənar radar sistemi” satışı üzrə müqavilə imzalayıb.
Bugun.tv – xəbər verir ki, bu razılaşma ölkə tarixində ən böyük müdafiə ixracı kimi qeydə alınıb.
Avstraliya Müdafiə naziri Riçard Marles bildirib ki, Kanada ilə imzalanan müqavilə çərçivəsində uzaq məsafədən müşahidə qabiliyyətinə malik radar sistemi Kanadaya ixrac ediləcək.
Nazirin sözlərinə görə, bu razılaşma Avstraliyada təxminən 1000 birbaşa və dolayı iş yerinin yaranmasına və ya qorunmasına töhfə verəcək.
Marles həmçinin qeyd edib ki, sövdələşmə yalnız iqtisadi baxımdan deyil, eyni zamanda Avstraliya ilə Kanada arasında strateji müdafiə əməkdaşlığının güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu addım Kanberra və Ottavanı müdafiə sənayesi sahəsində daha yaxın tərəfdaşlara çevirir.
Məlumata əsasən, bu, Avstraliyanın radar texnologiyasının xaricə ilk ixracı kimi də tarixə düşüb. Radar sisteminin Kanadanın Arktika bölgəsində müşahidə məqsədilə istifadə olunması planlaşdırılır.
Mənbə: İLKHA
