Baş xəbərTexnologiya

Robotlar dilənir? Çində bu görüntülər maraq yaratdı

Bugun.tv xəbər verir ki, Çində insansı robotların ictimai yerlərdə “dilənir kimi” davranması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məlumata görə, Pekin, Çendu və Fucou kimi şəhərlərdə müşahidə olunan robotlar küçə və səkilərdə diz çökərək yoldan keçənlərdən pul istəyirmiş kimi təqdim olunub. Robotların qarşısında “Elektrik faturamı ödəyin”, “Telefonumu şarj etməyə pulum yoxdur” kimi mesajlar və QR kodlar yerləşdirilib.

Bildirilir ki, vətəndaşlar QR kod vasitəsilə rəqəmsal ödəniş edərək “bağış” göndərə bilirlər. Hadisənin reklam kampaniyası, sosial eksperiment və ya texnoloji təqdimat olub-olmadığı isə hələlik dəqiq açıqlanmayıb.

Məlumata görə, görüntülərdə istifadə olunan robotun Hangzhou mərkəzli Unitree Robotics şirkətinə məxsus “Unitree G1” modeli olduğu ehtimal edilir.

Mütəxəssislər bu tip nümayişlərin süni intellekt və robot texnologiyalarının ictimai reaksiyasını ölçmək məqsədi daşıya biləcəyini bildirirlər.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Bakı Hindistanın Divali bayramının rəngarəng ab-havasına büründü

Aynur Camal

Milli Cəbhə Partiyası xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Aynur Camal

Birinci vitse-prezident Zəfər Günü münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu