Dünya

“Livanda yaradılacaq yeni mexanizm Netanyahuya narahatlıq yaradıb”

Bugun.tv xəbər verir ki, İsrail mətbuatı Baş nazir Benyamin Netanyahunun Livanda atəşkəsə nəzarət üçün yaradılması nəzərdə tutulan yeni mexanizmlə bağlı narahatlıq keçirdiyini iddia edib.

Məlumata görə, İsrailin Kanal 12 telekanalının yüksəkvəzifəli mənbəyə istinadən yaydığı xəbərdə Netanyahunun İsrailin daxil edilmədiyi yeni mexanizmin formalaşdırılması fonunda diplomatik təşəbbüslərə başladığı bildirilib.

Xəbərdə qeyd olunur ki, sözügedən mexanizm 2024-cü ildə Livan, İsrail, ABŞ, Fransa və BMT-nin iştirak etdiyi mövcud strukturun yerini tutacaq. Bildirilir ki, ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqlarda Livanda atəşkəsə nəzarət etmək üçün ABŞ, İran, Livan, Qətər və Pakistandan ibarət yeni mexanizmin yaradılması barədə razılıq əldə olunub.

Kanal 13 telekanalının məlumatına əsasən, ABŞ son həftələrdə İsrailə Livanda məhdudiyyətsiz hərəkət etmək imkanının başa çatdığı barədə mesaj verib. Məlumatda ABŞ Prezidenti Donald Trumpın İsrailin Livan və digər istiqamətlərdəki fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq etdiyi də vurğulanıb.

ABŞ rəsmisi isə açıqlamasında bildirib ki, ABŞ Mərkəzi Komandanlığı Livandakı vəziyyəti real vaxt rejimində izləmək üçün xüsusi monitorinq mexanizmi yaradıb. Onun sözlərinə görə, əsas məqsəd bölgədə zorakılığın dayandırılması və İsrail ilə Livanın iki suveren dövlət kimi sülh və təhlükəsizlik istiqamətində dialoqunun təşviq edilməsidir.

Qeyd olunub ki, yeni mexanizmlə bağlı əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Duz həqiqətən böyrəklər üçün zərərlidirmi?

Aynur Camal

ABŞ-də bəzi məktəblərdə təhlükəsizlik dronları dövrü başlayır

Aynur Camal

Kolumbiyada prezident seçkilərində Trumpın dəstəklədiyi namizəd qalib gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu