DünyaSiyasət

Trump: İran nüvə obyektlərinin yoxlanılmasına razılıq verdi

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranın beynəlxalq nüvə yoxlamalarının aparılmasına razılıq verdiyini açıqlayıb.

Məlumata görə, Trump jurnalistlərə açıqlamasında Tehranın uzunmüddətli nüvə yoxlamalarına razılaşdığını bildirib. O, həmçinin ABŞ administrasiyasının İrana tətbiq edilən bəzi neft sanksiyalarını 60 gün müddətinə yumşaltdığını qeyd edib.

Bununla yanaşı, İran rəsmiləri Vaşinqtonun bəzi açıqlamalarını təkzib edərək, nüvə proqramı ilə bağlı məsələlərdə ölkənin mövqeyinin dəyişmədiyini vurğulayıblar.

Qeyd edək ki, ABŞ və İran arasında son aylarda müxtəlif vasitəçilərin iştirakı ilə danışıqlar davam edir. Tərəflər arasında əldə olunan mümkün razılaşmaların regionda gərginliyin azalmasına təsir göstərə biləcəyi bildirilir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu