Dünya

Səudiyyə Ərəbistanında 120 min illik insan ayaq izləri aşkarlandı

Səudiyyə Ərəbistanının Nefud səhrasında yerləşən Əlatar bölgəsində aparılan araşdırmalar zamanı təxminən 120 min il əvvələ aid insan ayaq izləri aşkar edilib.

Alimlər hesab edirlər ki, bu tapıntı Ərəbistan yarımadasında müasir insanın – Homo sapiensin mövcudluğunu təsdiqləyən ən qədim sübutlardan biridir.

“Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, hazırda quraq səhra olan ərazi minlərlə il əvvəl göllərlə, zəngin bitki örtüyü və müxtəlif heyvan növləri ilə əhatələnmiş “Yaşıl Ərəbistan” dövrünün bir hissəsi olub.

Tədqiqatçılar həmin dövrdə bölgənin Afrikadan köç edən insanlar və heyvanlar üçün mühüm keçid marşrutu rolunu oynadığını bildirirlər.

Araşdırma zamanı insan izləri ilə yanaşı, qədim fillər, atlar və dəvələrə aid yüzlərlə ayaq izi də aşkarlanıb. Daş alətlərin tapılmaması isə insanların göl sahilindən daimi yaşayış məskəni kimi deyil, qısa müddətli dayanacaq və su mənbəyi kimi istifadə etdiklərini göstərir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

On illik xaos: Britaniya yeddinci baş nazir seçməyə hazırlaşır

Aynur Camal

G7 ölkələri Ukraynaya Rusiyanın aktivlərindən 45,5 milyard dollar ayırdı

Aynur Camal

ABŞ Senatı Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdıran qətnaməni qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu