Maraqlı faktlar

ABŞ nəsli kəsilməkdə olan canlılar üçün “BioVault” layihəsinə başladı

ABŞ-da nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan və bitki növlərinin genetik irsini qorumaq məqsədilə “BioVault” adlı genişmiqyaslı layihəyə start verilir.

Bugun.tv xəbər verir ki, layihə ABŞ-ın Balıq və Vəhşi Təbiət Xidməti ilə Texasda yerləşən Colossal Biosciences biotexnologiya şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

“BioVault” çərçivəsində ABŞ-da nəsli kəsilmək təhlükəsində olan təxminən 2 300 heyvan və bitki növünün canlı hüceyrələri, reproduktiv toxumaları və DNT nümunələri xüsusi kriogen şəraitdə, maye azotda –196 dərəcə Selsidə saxlanılacaq. Məqsəd bu növlərin populyasiyası kritik həddə çatmazdan əvvəl onların genetik materialını gələcək nəsillər üçün qorumaqdır.

Alimlərin sözlərinə görə, toplanacaq materiallar gələcəkdə növlərin çoxaldılması, genetik müxtəlifliyin qorunması, təbiətə qaytarılması və zərurət yaranacağı halda bəzi canlıların bərpası üçün istifadə oluna bilər. Layihə eyni zamanda dünyanın müxtəlif ölkələrindən elm və tədqiqat müəssisələrinin qoşula biləcəyi açıq elmi platforma kimi fəaliyyət göstərəcək.

Mütəxəssislər “BioVault”u müasir dövrün “Nuhun gəmisi” adlandırırlar.

Onların fikrincə, layihə Yer kürəsində biomüxtəlifliyin qorunması istiqamətində indiyədək həyata keçirilən ən iddialı təşəbbüslərdən biri hesab olunur.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Hindistanlı alimlər Antarktidada qardan bayram fiquru hazırladılar

Aynur Camal

Afrika fillərinin “dərmanları” təbiətdə ola bilər

Aynur Camal

Vitamin C qan xəstəlikləri olan pasiyentlərdə ümidverici nəticə göstərib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu