Dünya

Çin dəstəyi ilə Myitsone bəndinin tikintisi 15 ildən sonra yenidən başlayır

Bugun.tv xəbər verir ki, Myanma hökuməti uzun illər dayandırılmış 3,6 milyard dollarlıq Myitsone Su Elektrik Stansiyası layihəsini yenidən həyata keçirməyə qərar verib.

Reuters-in məlumatına görə, hökumət layihənin tikintisinə yaxın vaxtlarda başlamağı və onu təxminən 8 il ərzində başa çatdırmağı planlaşdırır. Bu barədə Kaçin ştatının rəhbərliyində təmsil olunan mənbələr məlumat veriblər.

Məlumata əsasən, qərar Myanma Prezidenti Min Aunq Hlaynın ötən ay Çinə səfərindən sonra qəbul edilib. Rəsmi Naypyido layihənin ölkədə elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasına mühüm töhfə verəcəyini bildirir.

2011-ci ildə geniş ictimai etirazlar və ekoloji narahatlıqlar səbəbindən dayandırılan layihə İravadi çayının başlanğıcında inşa ediləcək. Bənd istifadəyə verildikdən sonra istehsal olunacaq elektrik enerjisinin böyük hissəsinin Çinə ixrac ediləcəyi gözlənilir.

Bununla yanaşı, layihəyə qarşı etirazlar davam edir. Yerli vətəndaş cəmiyyəti təşkilatları bəndin minlərlə insanın köçürülməsinə, geniş ərazilərin su altında qalmasına və ətraf mühitə ciddi ziyan vuracağı barədə xəbərdarlıq edirlər. Reuters qeyd edir ki, ilkin dəyəri 3,6 milyard dollar olan layihənin yenidən həyata keçirilməsi xərcləri artıq 11,5 milyard dollara çata bilər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ NATO-ya ən çox vəsait ayıran ölkədir

Aynur Camal

Dünya Kubokunda Fələstinə dəstək mesajları: Azarkeşlər tribunlarda bayraqlar qaldırdı

Aynur Camal

Meşə yanğını 900 hektar ərazini külə döndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu