Image default
DünyaSiyasət

Donald Tramp Ankaraya gəldi: Prezident Ərdoğan hava limanında qarşıladı

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçiriləcək sammitində iştirak etmək və rəsmi görüşlər keçirmək üçün Türkiyəyə səfərə gəlib.

Bugun.tv xəbər verir ki, Donald Trampı daşıyan təyyarə yerli vaxtla saat 13:50-də Ankara Hava Limanına enib. ABŞ liderini hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi mərasimlə qarşılayıb.

Tramp təyyarədən endikdən sonra Prezident Ərdoğanla qısa söhbət edib. Daha sonra o, Mühafizə Alayının fəxri qarovul dəstəsini türk dilində “Merhaba asker” sözləri ilə salamlayıb.

Liderlər daha sonra Şərəf Salonuna keçərək xatirə şəkli çəkdiriblər.

İki gün davam edəcək səfər çərçivəsində Türkiyə və ABŞ arasında müdafiə sənayesi, ticarət, investisiyalar və strateji tərəfdaşlıq məsələləri müzakirə olunacaq. Tərəflərin regional və qlobal proseslər ətrafında da geniş fikir mübadiləsi aparacağı gözlənilir.

Səfərin ikinci günündə Donald Tramp NATO sammitinin rəsmi qarşılama mərasimində və liderlərin birgə ailə fotosunda iştirak edəcək, daha sonra NATO liderlərinin işçi iclasına qatılacaq.

Proqrama əsasən, ABŞ Prezidentinin Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əş-Şara ilə də ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.

Donald Trampın səfərinin sonunda mətbuat konfransı keçirərək NATO sammiti və Ankaradakı görüşlərin nəticələrini qiymətləndirəcəyi, daha sonra isə Vaşinqtona yola düşəcəyi bildirilir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev ABŞ senatoru Stiv Deynsi qəbul etdi

Aynur Camal

Meşə yanğınları genişləndi: 12 mindən çox sakin təxliyə edilib

Aynur Camal

Tramp: Prezident Ərdoğan olmasaydı, NATO sammitində iştirak etməzdim

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu