Image default
Baş xəbərSiyasət

İlham Əliyev ABŞ senatoru Stiv Deynsi qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.

Bugun.tv xəbər verir ki, Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərinin əməkdaşlıq və qarşılıqlı etimad əsasında uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, ikitərəfli əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu, həm ölkələr, həm də region üçün mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfərini məmnunluqla xatırladaraq, həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”-nın əlaqələrin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Dövlət başçısı Donald Trampla şəxsi münasibətlərinin yüksək səviyyədə olduğunu bildirərək, onun Azərbaycan-Ermənistan sülh prosesinin irəliləməsində xüsusi rol oynadığını qeyd edib. Prezident həmçinin senator Stiv Deynsə Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib.

Senator Stiv Deyns son dövrlərdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin ötən ilin avqustunda Vaşinqtona səfərini əlamətdar hadisə kimi qiymətləndirib.

Qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi əhəmiyyətinin daha da artdığını qeyd edib, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və sülh gündəliyində nümayiş etdirdiyi liderliyə görə dövlət başçısına minnətdarlığını bildirib.

Görüşdə TRIPP dəhlizinin regional nəqliyyat əlaqələri baxımından əhəmiyyəti, Azərbaycanla ABŞ Senatı arasında dialoqun genişləndirilməsi və gələcək tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

16 yaşında layihə qurdu, beynəlxalq mükafat qazandı: Şəms Musayevanın uğura aparan yolu

Aynur Camal

Tramp: Prezident Ərdoğan olmasaydı, NATO sammitində iştirak etməzdim

Aynur Camal

Donald Tramp Ankaraya gəldi: Prezident Ərdoğan hava limanında qarşıladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu