Baş xəbərSosial

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Bugun.tv xəbər verir ki, Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış, əlil arabasından istifadə edən şəxslər üçün nəzərdə tutulan ilk elektrik nəqliyyat vasitəsi (ENV) ictimaiyyətə təqdim edilib.

Təqdimat 23 iyun tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib. Layihə “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən inklüziv nəqliyyat təşəbbüsü çərçivəsində hazırlanıb.

Bildirilib ki, yeni elektrik nəqliyyat vasitəsi əlilliyi olan şəxslərin müstəqil hərəkət imkanlarını genişləndirmək, şəhər mühitində əlçatanlığı artırmaq və ekoloji cəhətdən təmiz nəqliyyat həllərini təşviq etmək məqsədi daşıyır. Model universal dizayn prinsipləri əsasında hazırlanıb və istifadəçilərin ehtiyaclarına uyğun layihələndirilib.

Layihə müəlliflərinin sözlərinə görə, gələcək mərhələdə nəqliyyat vasitəsinin texniki göstəricilərinin təkmilləşdirilməsi, seriyalı istehsalının təşkili və beynəlxalq bazarlara çıxarılması planlaşdırılır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP-nin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin inklüziv cəmiyyətin inkişafına, yerli mühəndislik potensialının gücləndirilməsinə və innovativ texnologiyaların tətbiqinə töhfə verəcəyi bildirilir.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi son 5 ildə 6 dəfə artıb

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Milli birliyimizi, bütövlüyümüzü və dəyərlərimizi qorumalıyıq”

Aynur Camal

104 yaşlı tısbağa əməliyyat olunacaq: Dünyanın hər yerindən ona dəstək mesajları gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu