Image default
Dünya

Tramp: ABŞ İraqa hücum etməklə yanlış qərar verdi

ABŞ Prezidenti Donald Tramp 11 sentyabr terror aktlarından sonra ABŞ-ın İraqa müdaxiləsini səhv qərar adlandırıb.

Bugun.tv xəbər verir ki, Tramp bu barədə Ağ Evdə İraqın Baş naziri Əli əz-Zeydi ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında danışıb.

Tramp bildirib ki, o vaxt da İraqa hücumun əleyhinə olub. Onun sözlərinə görə, ABŞ yanlış ölkəni hədəf alıb və bunun nəticəsində böyük dağıntılar baş verib.

ABŞ lideri hazırda İraqda Amerika hərbi qüvvələrinin əvvəlki kimi geniş miqyasda fəaliyyət göstərməsinə ehtiyac görmədiyini də qeyd edib. O bildirib ki, ABŞ və İraq arasında enerji sahəsində əməkdaşlıq genişlənir, Amerika neft şirkətləri ölkədə fəaliyyətini artırır və bu münasibətlər yeni imkanlar yaradır.

İraqın Baş naziri Əli əz-Zeydi isə çıxışında DEAŞ terror təşkilatına qarşı mübarizənin ölkəsinə 400 milyard dollardan çox ziyan vurduğunu bildirib. Onun sözlərinə görə, bəzi şəhərlər tamamilə dağılıb və həmin ərazilərin yenidən qurulması üçün beynəlxalq dəstəyə ehtiyac var.

Donald Tramp İranla bağlı fikirlərini də bölüşərək bildirib ki, Tehran uzun illər region ölkələrinə təzyiq göstərib. ABŞ Prezidenti İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edib və Yaxın Şərq ölkələri arasında əməkdaşlığın əvvəlkindən daha da gücləndiyini vurğulayıb.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

ABŞ ilk dəfə döyüşdə dəniz dronlarından istifadə etdi

Aynur Camal

İran: ABŞ-ın son hücumlarında 30-dan çox mülki şəxs həlak oldu

Aynur Camal

Ev və mağazalara girən “şirniyyat həvəskarı” ayı axtarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu