Image default
Dünya

Ev və mağazalara girən “şirniyyat həvəskarı” ayı axtarılır

Yaponiyanın şimal-şərqində yerləşən Şizukuişi qəsəbəsində son iki həftə ərzində ev və mağazalara edilən silsilə basqınların arxasında eyni ayının dayandığı ehtimal edilir.

Bugun.tv xəbər verir ki, yerli hakimiyyət orqanları xüsusilə şirniyyat məhsullarına maraq göstərən Asiya qara ayısını axtarmaq üçün genişmiqyaslı əməliyyata başlayıb.

Məlumata görə, 87 yaşlı Mitsuo Matsubara axşam saatlarında mətbəxdən gələn səsləri yoxlamaq istəyərkən soyuducunu açaraq qidaları yeyən ayı ilə qarşılaşıb. Hadisədən sonra polisə məlumat verilib və araşdırma zamanı son günlərdə baş vermiş oxşar hadisələrin bir-biri ilə əlaqəli olduğu müəyyənləşdirilib.

Rəsmilər bildirirlər ki, ayı bir şirniyyat mağazasına girərək müxtəlif şirniyyatlar oğurlayıb, başqa bir evi isə beş dəfə ziyarət edərək peçenye, konfet və ənənəvi şirniyyatları aparıb. O, həmçinin bir fermada heyvan yemlərini dağıdıb və gecə saatlarında yaşayış evinin qapısını açmağa çalışıb.

Təbiəti mühafizə xidmətləri ayını tutmaq üçün qəfəs tələləri quraşdırıb, elektrik çəpərləri çəkib və patrul xidmətlərini gücləndirib. Yerli sakinlərə ehtiyatlı olmaları tövsiyə olunur. Bəzi sakinlər isə ayıları uzaqlaşdırmaq üçün qapılarının qarşısına acı xardal qarışıqları sürərək fərdi üsullardan istifadə edirlər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ ilk dəfə döyüşdə dəniz dronlarından istifadə etdi

Aynur Camal

İran: ABŞ-ın son hücumlarında 30-dan çox mülki şəxs həlak oldu

Aynur Camal

ABŞ içməli su istehsalı obyektini raketlərlə hədəfə aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu