Image default
Hadisə

40 min futbol meydançasına bərabər ərazi külə döndü

İspaniyada davam edən iri meşə yanğınları nəticəsində 30 mindən çox hektar ərazi yanaraq məhv olub. Bu, təxminən 40 min futbol meydançasının sahəsinə bərabərdir.

Məlumata görə, ən ciddi yanğınlardan biri Saraqosa əyalətinin Cinco Villas bölgəsində iyulun 15-də başlayıb və hələ də tam nəzarət altına alınmayıb. Rəsmilər bu yanğını ölkədə cari ilin ən böyük meşə yanğını adlandırırlar. Hazırda burada 16 min hektardan çox ərazi alovun təsirinə məruz qalıb.

Digər böyük yanğın isə Madridə yaxın Quadalaxara əyalətinin La Mierla bölgəsində davam edir. İyulun 16-dan bəri sürən yanğın nəticəsində 13 min hektardan artıq sahə yanıb.

Alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən minlərlə sakin təhlükəsizlik məqsədilə təxliyə edilib. Yanğınların söndürülməsinə yüzlərlə yanğınsöndürən, hərbi fövqəladə hallar qrupları və çoxsaylı hava vasitələri cəlb olunub.

İspaniya Meteorologiya İnstitutu yaxın günlərdə ölkədə yeni isti hava dalğasının müşahidə olunacağını açıqlayıb. Sinoptiklər bəzi bölgələrdə havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyini bildirərək, yüksək yanğın riski ilə əlaqədar əhalini ehtiyatlı olmağa çağırıblar.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Yeni Delhidə hökumət əleyhinə kütləvi etiraz: minlərlə insan parlamentə yürüş etdi

Aynur Camal

ABŞ-da evə düşən meteoritdə Yer kürəsində rast gəlinməyən üzvi maddələr aşkarlandı

Aynur Camal

Parkın altında gizlənən sirr: Ziyarətçilər illərlə fərqinə varmadan tarixi su anbarının üzərində gəziblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu